Mədəniyyət naziri Adil Kərimli İsmayıllıda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli İsmayıllıda vətəndaşları qəbul edəcək
27 dekabr 2023
# 17:30

Mədəniyyət naziri Adil Kərimli İsmayıllıda vətəndaşları qəbul edəcək

Kulis.az xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 12 yanvar tarixində saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 9 yanvar 2024-cü il tarixinə qədər Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

# 539 dəfə oxunub

Müəllifin son yazıları

# # #