Madrid Kitab Yarmarkasında kitab satışı rekord həddə çatdı

Madrid Kitab Yarmarkası

Madrid Kitab Yarmarkası

13 iyun 2022
# 16:20

Madridin Retiro parkında 17 gün davam edən 81-ci Madrid Kitab Yarmarkası kitab satışında rekord vuraraq iyunun 13-də başa çatıb.

Kulis.az xəbər verir ki, nəticələrdə bir neçə gün gecikmə olmasına baxmayaraq builki yarmarkada cüzi artım müşahidə olunub.

Madrid Kitab Yarmarkasının rəhbəri Eva Oruenin sözlərinə görə, yarmarkanın tarixində son dəfə ən yüksək məbləğ 2019-cu ildə qeydə alınıb. Bildirib ki, pandemiyadan əvvəl keçirilən yarmarkada kitab satışından 10 milyon avro vəsait toplanmışdı.

# 1396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #