“Naxçıvan Muxtar Respublikası – 100” adlı videoslayd təqdim edildi

“Naxçıvan Muxtar Respublikası – 100”  adlı  videoslayd təqdim edildi
13 fevral 2024
# 16:00

Ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində, eləcədə ictimai-siyasi, elmi-mədəni həyatında rolunu diqqətə çatdırır.

Kulis.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq kitabxanasının Məlumat-Biblioqrafiya şöbəsi tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası – 100” adlı videoslayd virtual rejimdə oxuculara təqdim edilib. Slaydda, Naxçıvanın tanınmış şəxsiyyətləri, tarixi abidələri və s.məlumatlar yer alıb.

Həmçinin, Naxçıvan haqqında 18 adda kitab və dövrü mətbuat materialları təqdim olunub.

# 868 dəfə oxunub

Müəllifin son yazıları

# # #