Luvr muzeyindəki oğurluq hadisəsi son günlər dünya gündəmini zəbt edib.
Kulis.az xəbər verir ki, bu, Luvrda baş verən ilk böyük oğurluq faktı deyil.
Sözügedən muzeydə baş verən ən böyük oğurluq 1911-ci ildə üç italiyalı usta tərəfindən “Mona Liza” tablosunun oğurlanması olub.
O dövrdə çox tanınmayan bu əsər oğurluqdan sonra dünya şöhrəti qazanıb.
Oğurluq 28 saat sonra aşkar edilmişdi və tablounu oğurlayan Vincenzo Peruqqia, əsəri İtaliyaya qaytarmaq istədiyini iddia etmişdi.
O, cəmi səkkiz ay həbs cəzası aldı və I Dünya Müharibəsinin başlaması ilə bu hadisə diqqətdən kənarda qaldı.
Qeyd edək ki, bu oğurluq “Mona Liza”nın məşhurlaşmasında həlledici rol oynadı.