“Muğam” Televiziya Müsabiqəsində növbəti mərhələ

“Muğam” Televiziya Müsabiqəsində növbəti mərhələ
5 iyun 2025
# 09:25

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Kulis.az xəbər verir ki, müsabiqədə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak ediblər.

Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutub.

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa ediblər.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.

# 225 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #