Limonov haqqında film çəkilir

Limonov haqqında film çəkilir
12 may 2022
# 14:00

Rejissor Kirill Serebrennikov yazıçı Eduard Limonov haqqında film çəkir.

Kulis.az “Ria Novosti”yə istinadən xəbər verir ki, “Limonov, Eddi haqqında ballada” filminin çəkilişləri başlayıb. Film Emmanuel Karrerin eyniadlı kitabı əsasında ekranlaşdırılır.

Rejissor Kirill Serebrennikov filmin metafora, pauza və digər poetik elementlərlə “poetik bioqrafiya” olacağını açıqlayıb. Film Limonovun Rusiyadakı həyatından, onun ölkəsini tərk etməsindən və Avropadakı fəaliyyətindən bəhs edəcək.

Filmin ingilis dilində olacağı qeyd edilir. Xatırladaq ki, filmin 2023-cü ildə festivallarda nümayişi planlaşdırılır.

# 1446 dəfə oxunub

Müəllifin son yazıları

# # #