"Libraff" Çingiz Abdullayevlə görüş keçirəcək

"Libraff" Çingiz Abdullayevlə görüş keçirəcək
7 aprel 2023
# 13:40

11 aprel saat 19:00-da “LIBRAFF” kitab mağazasının˝Park Akademiya˝ filialında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, bütün detektivsevərlərin dəvət olunduğu tədbirə giriş ödənişsizdir.

"TEAS Press˝ yayım evi eyni zamanda yazçının doğum günü münasibətilə onun müəllifi olduğu bütün ˝TEAS Press˝ kitablarına 30% endirim tətbiq edib.

Oxucular yazıçının azərbaycan, ingilis və rus dillərindəki kitablarını 7-11 aprel tarixlərində 30% endirimlə Libraffın bütün filiallarından əldə edə və ya libraff.az saytından sifariş verə bilərlər.

Ünvan: Hüseyn Cavid pr. 100, "Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı.

# 1694 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #