Ruhumuzun mistikası - Ibrahim Ibrahimli yazır

Ruhumuzun mistikası - Ibrahim Ibrahimli yazır
14 aprel 2021
# 14:12

Çox təsadüf etmişəm, əksər bəşər övladı elə zənn edir ki, bizlər bu dünyanın mövcudluğunda yalnız bir ömür yaşayırıq. Bu dünyada yaşadığımız müddətdə də yalnız bir ömrün imkanlarını və yaşadıqlarını görürük, yəni bu dünyada yaşamın reallığı qətiyyən digər, heç vaxt görmədiyimiz dünyaların, hətta mən deyərdim ki kainatların reallığına aidiyyatı mövcud deyil və bu heç vaxt mümkün olan reallığa bənzəmir.

Mən bu fikirlə heç bir halda razılaşmıram və qətiyyən də o cür düşünmürəm. Mənə elə gəlir ki, əksər bəşər övladları bu dünyada, kainatlarda yaşamaqla bərabər həm də digər dünyalarda, kainatlarda olan bilmədiyimiz ömürləri yaşamaqdayıq, yəni bəşər övladının bu dünyada, kainatlarda yaşamaqla bərabər paralel olaraq hansısa dünyanı, kainatları görməyimiz, həm də müəyyən qədər həmin dünyanın, kainatların reallığını yaşamağımız mümkündür, sadəcə olaraq bizlər bu dünyanın, kainatların həm elmi və həm də mistik anlayışlarının mahiyyətinə o, qədərdə varmamağımızdan digər reallıqda (məsələn həm kainatların içində, həm də kənarında) mövcud olan ömrümüzün fərqində deyilik. Mən deyərdim ki məhz bəşər övladı bu dünyadakı, həmçinin kainatlardakı mistik reallıqların məğzini, mahiyyətini bilmədiklərindən elə zənn edir ki, onun bu dünyanın, kainatların hüdudlarından kənara çıxmağın üsulu mövcud deyil. Fikirimcə, bizlər bu dünyada, kainatlarda yaşamaqla bərabər gördüyümüz yuxunun imkanları ilə həmdə digər dünyalardakı ömürlərlə bərabər, kainatlarda olan hansısa ömrümüzü yaşayırıq. Gəlin yuxarıdakı fikirimi izah etməkdən ötrü dünyadakı, kainatlardakı bir ömür vasitəsinəmi, üsulunamı müraciət edək, yəni bu dünyadakı, kainatlardakı reallığımızdan yetərincə vaxt keçsə də sirrinə hələ ki, tam formada bələd olmadığımız yuxu anlayışının, reallığının mütləq fonomeninin bir tərəfini araşdıraq.

Düzünü qeyd edim ki, hələ ki,d ünyanın, kainatların reallığında yuxu fonemeni haqqında çox ciddi təhlil və o anlayışın mahiyyətini açıqlayan məqamlar mövcud deyil. Bu fonoemenə dünyaca məşhur filosof Ziqmund Freyd müraciət edib və yuxu anlamına təltəhəlşüurun eqosunda olan bir reallığın nəticəsi kimi yanaşıb, yəni barəsində söhbət apardığımız filosofun bildirdiyinə görə yuxu anlamı hardasa o, qədər də mütləq xarakterli bir reallıq deyil, onun ömrə dəxli olmur, əgər olsa da bu elədə ciddi əhəmiyyət kəsb etmir. Mən qətiyyən belə deməzdim. Məncə, yuxu anlamına indiki halda bu dünyada, kainatlarda yaşadıqlarının digər dünyaya, digər dünyada, kainatlarda yaşadıqlarının bu dünyaya trasformasiyası kimi yanaşmaq mümkündür, o gerçəklik təltəhəlşüurun mühüm yaşam nəticəsi kimi bir şeydir. Bu taransaformasiya yuxu fonemeninin, anlamının yalnız bir mütləq məqamıdı. Əslində bizlər gördüyümüz yuxulara bu dünyada, kainatlarda ola-ola digər bir ömür yaşamağımız kimi baxmalıyıq və o məqamı ayrı bir ömür kimi qəbul etməliyik, bunu da adi bir şey kimi deyil insan varlığının bir fonemeni kimi qəbul etməlyik. Əgər diqqət yetirmişsinizsə yuxuda bir yaşam epzodundan digər yaşam epizoduna keçid heç nədən, yəni fiziki realsızlıqdan, mistik formada olur, bu da onu göstərir ki, əgər yuxuda gördüklərimiz oyaqkən yaşadığımız fiziki reallığa aid olsaydı o, halda yuxumuzda gördüyümüz yaşam epzodları fiziki anlama əsaslanardı, mistik məqama əsaslanmazdı. Yuxuda yaşam hardasa ruhumuzun tamamilə bədənimizdə olan fiziki anlamın reallığından çıxması formasında ömür yaşamağımız kimi bir şeydir, biz bilmədən eyni halda bir neçə dünyanın gerçəkliyin yaşayırıq, məncə, bu məqam da mütləq mənada onu təadiqləyir ki, yuxumuz yalnız fiziki anlama deyil həmdə mistik reallığa məxsusdur.

Yuxu anlamı ilə əlaqədar belə bir xüsusi məqamı da qeyd edim ki, yuxu anlamının digər mütləq cəhətləri də mövcuddur. Məsələn, mən reallığın mütləq formasında belə düşünürəm ki, yuxuda şəxsi varlığımızı görmək, hardasa oyaqkən varlığımızda görmədiklərimizi, əsasən ruhumuzun mistik imkanları ilə əlaqəli bir yaşayışını görmək fürsətidir, həm də dünyada, kainatlarda mövcud olan, digər dünyaların, kainatların mütləq xarakterli reallıqlarını yaşamaqdır, ən əsası da yuxu və yuxu anlamı Allahın bizlərə bəxş etdiyi, varlığımızdakı fövqəl qüvvə məqamın da olan imkanlarımızı bizlərə aydınlaşdırmasıdı (məsələn bəşər övladının əbədi yaşam imkanının bu dünyada xəyal olmamasını). Bu, mühüm səbəbdən də indi xüsusi qeyd etmək olar ki, yuxu müəyyən mənada da Allahın bəşər övladlarından ötrü mütləqləşdirdiyi müxtəlifliyin ömür, yaşam fraqmentləridi, hələ ki bu yaşayışın dərinliyinə bələd olmamağımızdan onun bütöv necəliyinə bələd deyilik.

Məhz buna görə də tərəddüd etmədən barəsində söhbət etdiyimiz yuxu anlamının, yuxu anlayışının qeyd edilən imkanlarına görə şəxsi varlığımızda belə bir nəticəyə gəlmək olar ki, əslində bizlər bu dünyada real fiziki həyatla bərabər kainatları, kainatlarda olanları da bu cür yaşayırıq, yəni bizlər həmçinin paralel olaraq yuxu vasitəsi ilə eyni zamanda mistik ömürlə kainatları da, kainatlardan kənarı da bütöv halda yaşayırıq, sadəcə olaraq bizlər hələ ki, bunu dərk etmək səviyyəsinə çatmamışıq, yəni yuxu bu dünyadakı, kainatlardakı yaşayışımızın reallığına alternativ-əgər məsələyə qeyri-səlis məntiqlə yanaşsaq yaxşı mənada-mövcudluğun mistik xarakterli ömür amilidi. Fikirimcə, yuxu anlamı, yuxu fonemeni ilə əlaqədar bu ömür amili də heç də adi bir mövcudluq məqamı deyil, əgər bizlər bu ömür amilinə ciddi formada yanaşsaq o, halda deyə bilərik ki yuxu anlamı və ya yuxu mövcud dünyada və müxtəlifliyi nəhayətsiz qədərdə olan kainatlarda mövcudluğun mükəmməl xarakterli mütləq formulasıdı.

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #