Lətifə Talibin yeni kitabı işıq üzü gördü

Lətifə Talibin yeni kitabı işıq üzü gördü
15 mart 2024
# 12:02

Yazıçı Lətifə Talibin "Minbərdən enən səadət" kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitaba müəllifin eyni adda mini-povesti, hekayələri, şeirləri daxil edilib.

Povestdə dili, dini, milləti ayrı iki aşiqin sevgi hekayəsindən bəhs olunursa, "Seldən sıyrılan ömür"də nəvə Elçinin dilindən Züleyxa nənənin həyat hekayəsi haqqında çox səmimi xatirələri yer alır.

Həmçinin İkinci Qarabağ müharibəsində həlak olmuş igidlərimizin nakam taleyindən söz açan yazılar da oxucuların böyük marağına səbəb olacaq. Yazıçı eləcə də "Ümid", "Qaranlıqda işıq", "Qayçı", "Ad – bostandır" hekayələrində cəmiyyətdə gördüyü bir sıra haqsızlıq və çatışmazlıqları satirik dildə, sətiraltı ismarışlarla oxucularına çatdırır. Sözün əsl mənasında böyük hərflərlə yazılmış İnsan, Cəmiyyət və Təbiət bu hekayə və şeirlərin əsas məğzini təşkil edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, o, “Aynadakı sən” və “Doğma qərib” kitablarının müəllifidir. Bu kitab oxucuları ilə üçüncü görüşüdür.

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

# # #