Orxan Pamukun "Vəba gecələri" adlanan yeni romanı 23 mart tarixində satışa çıxarılacaq.
Kulis.az xəbər verir ki, bu barədə "Yapı Kredi Yayınları" nəşriyyatı məlumat yayıb.
Qeyd edək ki, Orxan Pamukun 4 ilə yaxındır üzərində işlədiyi romanda Osmanlı imperiyasının xəyali bir vilayətində yayılan vəba xəstəliyindən bəhs edilir.