Saytımızın əməkdaşı, azərbaycanlı şair və tərcüməçi Ümid Naccari Belçikada yerləşən Avropa Yazarlar Assosiasiyasının Asiya bölməsinin prezidenti və BOGDANİ Beynəlxalq Yazarlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə təyin olundu.
Kulis.az xəbər verir ki, sözügedən məlumat Bogdani Yazaralar Assosiasiyasının rəsmi saytında dərc edilib.
Məlumatda qeyd edilir: "BOGDANI Beynəlxalq Yazarlar Assosiasiyası xüsusi qərarla cənab Ümid Nəccarinin Asiya üzrə IWA Bogdani Assosiasiyasının prezidenti təyin edilməsinə qərar verib. Qərar 26 aprel 2023-cü il tarixində qüvvəyə minir. Cənab Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib".
The International Association of Writers BOGDANI by special decision has decided to appoint Mr. Umid Najjari as the President of the IWA Bogdani Association for Asia. The decision enters into valide on April 26, 2023. Mr. Najjari has also been elected Vice-President of the BOGDANI international writers’ association, with headquarters in Brussels and Pristina.