Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

<b>Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki</b>
22 fevral 2018
# 10:18

Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

Modern.az-ın məlumatına görə, mərhum şairin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib. Bu barədə mediaya ailənin yaxınları məlumat veriblər.

Bildirilib ki, Dilarə xanımla vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #