Kukla Teatrı Onkoloji xəstəliyi olan uşaqlarla görüşdülər

Kukla Teatrı Onkoloji xəstəliyi olan uşaqlarla görüşdülər
16 fevral 2023
# 13:21

Azərbaycan Dövlət Kukla Teatrı 1 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə növbəti proqramla çıxış ediblər.

Kulis.az xəbər verir ki, kuklaçılar Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqları sevindiriblər.

Bu dəfə “Avrora Qrup” ilə əməkdaşlığın nəticəsi olaraq mərkəzdə müalicə alan uşaqlar üçün repertuardakı maraqlı səhnə nümunələrindən “Qoğal” tamaşası nümayiş etdirilib.

Bununla yanaşı, balacalar üçün müxtəlif şoular, əyləncəli oyunlar da təşkil olunub.

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

# # #