Bəhram Bağırzadə ərəb turistlərdən danışdı: "Kimsə biqeyrətliyi boynuna alıbsa..." - Video

Bəhram Bağırzadə ərəb turistlərdən danışdı: "Kimsə biqeyrətliyi boynuna alıbsa..." - Video
25 yanvar 2020
# 12:41

Əməkdar artist Bəhram Bağırzadə "Popumuz var" verilişində ərəb turistlərin Bakıda nalayiq hərəkətlər etdiyini deyib.

Kulis.az xəbər verir ki, məşhur aktyor turistlərin qadınlarımıza qarşı əxlaqsız davrandığını bildirib. O, bu situasiyada günahı qadınlarda deyil, Azərbaycan kişilərində görüb.

Bəhram Bağırzadə onu da əlavə edib ki, "Sovetski"nin sökülməsi də bu prosesi sürətləndirib. Onun fikrincə əvvəllər belə məsələləri polislər deyil "qədeş"lər həll edib.

"Popumuz var" verilişindən sözügedən hissəni təqdim edirik:

# 4335 dəfə oxunub

Müəllifin son yazıları

# # #