Kukla Teatrı Lənkəranda çıxış etdi

Kukla Teatrı  Lənkəranda çıxış etdi
18 mart 2024
# 15:30

Azərbaycan Dövlət Kukla Teatrı Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Məlikməmməd” tamaşası ilə çıxış edib.

Kulis.az xəbər verir ki, xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan səhnə əsərində canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdəti göstərilib.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və digər aktyorlar ifa edib.

Qeyd edək ki, qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

# 599 dəfə oxunub

Müəllifin son yazıları

# # #