Azərbaycanlı modelyerin kolleksiyası Türkiyə moda həftəsində - Foto

Azərbaycanlı modelyerin kolleksiyası Türkiyə moda həftəsində - Foto
9 mart 2020
# 15:30

Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub.

Kulis.az xəbər verir ki, gənc modelyer qürbətdə doğulmasına baxmayaraq, Azərbaycan həqiqətlərini, tarixi və mədəniyyətini daima yaratdığı yeni əsərlərində istifadə etməyi ilə tanınır.

Bu dəfə də Türkiyədə keçirilən “Antalya Fashion Week 2020” moda günlərində modelyer Şervin Nəcəfpurun "Milli mirasımızın mənşəyi" (Land of our origin) adlı kolleksiyasının nümayişi keçirilib. Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində "Qobustan" qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

Gallery

Qeyd edək ki, 1200-dən çox qonağın qatıldığı "Antalya Fashion Week 2020" modasevərlərin maraq və alqışla qarşıladığı "Milli mirasımızın mənşəyi" adlı kolleksiya Norveç mediasının da marağına səbəb olub.

Gallery

Gallery

# 2596 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #