Könül Xasıyeva xəstəliyi üçün lazım olan məbləği topladı

Könül Xasıyeva

Könül Xasıyeva

8 noyabr 2022
# 11:30

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında şiş aşkarlanıb.

Kulis.az xəbər verir ki, xanəndə müalicəsi üçün lazım olan 254 min manatı toplayıb. Bu haqda Xasıyeva özü məlumat yayıb. O bildirib ki, sevənlərindən biri ona 60 min dollar verib.

Muğam ifaçısı artıq müalicəsi üçün Almaniyaya yollanacaq.

Qeyd edək ki, bundan əvvəl K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb. Daha sonra isə ifaçı bir xanımın 30 min manat, Rusiyada yaşayan bir bəyin isə 20 min manat bağışladığını açıqlayıb.

# 2595 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #