Klimtin bu tablosu 53,2 milyon dollara satıldı

Klimtin bu tablosu 53,2 milyon dollara satıldı
19 may 2023
# 10:45

Böyük Avstriya rəssamı Qustav Klimtin dünyaca məşhur mənzərəli “Insel im Attersee” əsəri 53,2 milyon dollara hərraca çıxarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rəssamın nadir mənzərə rəsmlərindən biri olan Avstriyadakı Atterse gölünü təsvir etdiyi rəsm yeddi dəqiqəlik təklif yarışından sonra yapon kolleksiyaçı tərəfindən 53,2 milyon dollara alınıb.

Qeyd edək ki, eyni kolleksiyada olan belçikalı sürrealist rəssam Rene Maqrittnin "Empire of Lights" tablosu 42,3 milyon dollara satılıb. Sotheby's Hərrac Evi müxtəlif əsərlərin təklif edildiyi hərracdan cəmi 427 milyon dollar gəlir əldə etib.

Qustav Klimtin məşhur tablosu 53,2 milyon dollara satılıb - 1

# 720 dəfə oxunub

Müəllifin son yazıları

# # #