Kino forumunda dramaturgiya dərsliklərinin tərcüməsi ilə bağlı çağırış edildi

Kino forumunda dramaturgiya dərsliklərinin tərcüməsi ilə bağlı çağırış edildi
20 aprel 2023
# 16:30

"Dramaturgiya problemlərini tələbələrə öyrətmək üçün Azərbaycan dilinə təcili tərcümə olunması gərəkli dərsliklər var".

Kulis.az APA -ya istinadə xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Oleq Səfərəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər dramaturgiyanın problemlərini tələbələrə öyrədəcək dərsliklər Azərbaycan dilinə tərcümə edilməyib: "Ona görə xahiş edirəm, dünyada təsdiq olunmuş əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin".

# 839 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #