İspaniyada Nizaminin şəkli ilə poçt markası buraxıldı

İspaniyada Nizaminin şəkli ilə poçt markası buraxıldı
19 fevral 2021
# 16:01

Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb.

Kulis.az xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş xüsusi poçt markaları nəşr olunub.

Üzərində böyük söz ustadı Nizami Gəncəvinin təsvirini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Səfirlik tərəfindən bundan öncə də Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

# # #