KIBATEK Ədəbiyyat Festivalı keçirilib

KIBATEK Ədəbiyyat Festivalı keçirilib
28 dekabr 2023
# 15:10

23-25 ​​dekabr tarixlərində İzmirdə 49-cu Beynəlxalq KIBATEK Ədəbiyyat Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsi və İzmir Demokratiya Universitetinin təşkil etdiyi tədbirlərə 10-a yaxın təşkilat dəstək verib.

Tədbir Türkiyə, KKTC, Azərbaycan, İran, Yunanıstan, Qırğızıstan, İsveç, Türkmənistan, Kosovo, Uyğur Muxtar Bölgəsi, Bosniya və Herseqovina, Albaniya, Serbiya, İraqdan 21 şair, yazıçı, tərcüməçi, naşir və akademikin iştirakı ilə keçirilib.

Daha sonra müvafiq olaraq KKTC, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan, Qırğızıstan, Uyğur Muxtar Vilayəti, İraq və Albaniya nümayəndələri gəldikləri ölkə və bölgələrdə türk, türk ədəbiyyatı və dil - tərcüməşünaslıq haqqında məlumat veriblər.

Sual-cavab sessiyasından sonra elmi sessiyalar qiymətləndirilib. Festival iştirakçılara fəxri diplomların təqdim edilməsi ilə yekunlaşıb.

# 641 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #