Kazuo İşiquro: "Qərar vermişəm ki, az yazım"

Kazuo İşiquro:  "Qərar vermişəm ki, az yazım"
24 iyun 2023
# 16:16

"Karyeramın əvvəlində bu qərara gəlmişəm ki, dünyada kitabların sayı ilə bağlı problem yoxdur".

Kulis.az xəbər verir ki, bu sözləri Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazuo İşiquro "The talks"a müsahibəsində "Karyeranız ərzində daha çox kitab nəşr etmək haqqında düşünmüsüz?" sualını cavablandırarkən deyib.

"Faber & Faber"dəki redaktorum, məni kəşf edən Robert McCrum ilə müzakirəni etdik. İlk romanımdan sonra ondan soruşdum: “İkinci kitabımı nə qədər vaxta buraxmalıyam?” O dedi: "Uğurlu kariyera yolu üçün heç olmasa, iki ildən bir kitab nəşr etməlisiniz". Mən onun sözünü unutmuram. Karyeramın əvvəlində qərar vermişəm ki, kitablarımın sayı az olsun.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #