Amerikalı səyyah səmada "Uzun incə bir yoldayım" ifa etdi

Amerikalı səyyah səmada "Uzun incə bir yoldayım" ifa etdi
24 mart 2020
# 12:58

Amerikalı paraşütçü Türkiyə səmasında Aşıq Veysəlin “Uzun incə bir yoldayım” türküsünü violonçeldə ifa etdi.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Muğla vilayətində səfərdə olan və paraşütlə 1700 metr yüksəklikdən tullanan amerikalı Federik De Vulf səmada "Uzun, incə bir yoldayım" türküsünü violonçeldə ifa edib.

Federik De Vulf: "Bu musiqi mənə həyatın var olduğunu və nə olursa, olsun dayanmadan hərəkət etməyin vacibliyini anlatır. Bu musiqini dinləyəndə yaşamaq, uçmaq, yürümək istəyirsən" deyib.

# 2147 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #