Kapadokya Festivalına 1 milyondan çox insan qatıldı

Kapadokya Festivalına 1 milyondan çox insan qatıldı
14 avqust 2023
# 16:08

Türkiyə Kapadokya Balon və Kültür Yolu Festivalı dünən böyük maraqla tamamlandı.

Kulis.az xəbər verir ki, Avqustun 5-də mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə açılan və 40 yerdə keçirilən 300-dən çox tədbirə 1 milyon 50 min insan qatılıb.

Festivala Simge Sağın, Madrigal, Hey! Duqlas, Murat Dalkılıç, Ziynet Sali, Sinan Akçıl, Alişan, Oğuzhan Koç və Anadolu Ateşi kimi tanınmış sənətçilər səhnəyə çıxıb. Eyni zamanda Kubat, Yavuz Bingöl və Resul Aydemir Ürgüp meydanında Nevşehirlilərə unudulmaz anlar yaşadıblar.

Festival zamanı təşkil olunan konsertləri təxminən 620 min insan izləyib.

# 916 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #