Kann Festivalında uğur qazanan rejissor: "Azərbaycan kinosunu bir sözlə izah etmək olsa..."

Kann Festivalında uğur qazanan rejissor:  "Azərbaycan kinosunu bir sözlə izah etmək olsa..."
14 avqust 2024
# 14:38

“Azərbaycan kino istehsalat prosesini bir sözlə izah etmək olsa, sadəcə zövqsüzlükdür. Zövqsüzlük, biganəlik… Nə etmək olar? Bilmirəm”.

Kulis.az xəbər verir ki, bu sözləri APA TV-nin efirində yayımlanan “Ekstra müsahibə” verilişinin qonağı, Kann Film Festivalında “Sanki yoxsan” qısametrajlı filmi 4420 film arasında 11-yə seçilən rejissor Azər Quliyev deyib.

O, danışmaq deyil, işləmək lazım olduğunu qeyd edib:

“Azərbaycan kinosunun problemlərini müzakirə edib, özümü yormağı düşünmürəm. Böyük səslənsə belə, bizim atdığımız addımlar hər kəs üçün nümunə olmalıdır. Bu barədə aparıcı kino adamlarımız dəfələrlə danışıblar, müraciətlərini, etirazlarını bildiriblər”.

# 559 dəfə oxunub

Müəllifin son yazıları

# # #