Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümü münasibətilə süni intellekt texnologiyaları vasitəsilə “Səma qurbanları” qısametrajlı filmi hazırlanıb.
Kulis.az xəbər verir ki, ekran işi faciə qurbanlarının əziz xatirəsinə ithaf edilib. Filmdə Milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyeva, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntüləri yer alıb. Ekran işinin çəkilişi ilə bağlı qərar təxminən bir ay əvvəl verilib.
Layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevanın sözlərinə görə, Babək Sübhaninin rejissorluq etdiyi filmdə qəza anı vizual formada əks olunub.