Kanada ilk dəfə "Avroviziya"da iştirak edəcək

Kanada ilk dəfə "Avroviziya"da iştirak edəcək
2 iyul 2026
# 10:30

Kanada 2027-ci ildə ilk dəfə olaraq "Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) və Kanada Teleradioyayım Korporasiyasının birgə bəyanatında bildirilir.

Sənədin mətnində qeyd olunur ki, belə bir tarixi qərar Kanada Teleradioyayım Korporasiyasının Avropa Yayım İttifaqına tamhüquqlu üzv qəbul edilməsindən sonra mümkün olub.

"Qalan dünya"nın lideri və yüksək maraq

Kanadanın yarışmaya rəsmən dəvət almasının arxasında duran əsas səbəblər bunlardır:

2026-cı ilin nəticələrinə əsasən, Kanada "Qalan dünya" (Rest of the World) kateqoriyasında verilən səslərin sayına görə ilk üçlüyə daxil olub;

Eyni zamanda, Vyanada keçirilən müsabiqəni canlı izləmək üçün gələn tamaşaçı sayına görə ən böyük göstəricilərdən birinə sahib olub.

Mətbuat açıqlamasında bu fakt kanadalılar arasında yarışmaya olan böyük sevginin göstəricisi kimi qiymətləndirilib.

Bəyanatda bildirilir:

"Bütün bu nəticələr Kanada xalqının 'Avroviziya'ya olan yüksək marağını sübut edir. Nəticə etibarilə, Bolqarıstanda baş tutacaq müsabiqənin yarımfinalında Kanadanı təmsil edən iştirakçı səhnəyə çıxış edəcək".

# 130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər