Aqşin Yenisey: “Feministlər və homoseksuallar zavallı insanlardır”

Aqşin Yenisey: “Feministlər və homoseksuallar zavallı insanlardır”
21 oktyabr 2019
# 13:20

“Aktiv homoseksuallar, feministlər siyasi maraqların yararlandığı mobil qruplardır.”

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Aqşin Yenisey Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) mətbuata açıqlamasında homoseksuallar güllələnməlidir fikirlərinə münasibət bildirərkən vurğulayıb.

“Onlar da modernizmin cahilləridir, qaragüruhudur. Sözsüz ki, onların da arasında zəki insanlar var. Şeyxin güllələmək istədiyi cinsi azlıqlar siyasətə alət olanlardır ki, onların da çoxu feminist və homoseksual deyillər. Siyasi maraqlara lazım olanda feminist və homoseksual libası geyinib "xaç səfərinə" yollanan "cəngavərlərdir".

Şair daha sonra əlavə edib:

“Şeyxin yerinə olsam, feminstləri və homoseksualları deyil, onları cəmiyyətin dominant zümrəsi halına gətirmək istəyən maraqları gülləyə tutardım. Öz-özlüyündə əsl feministlər və homoseksullar mərhəmətə, qayğıya, diqqətə ehtiyacı olan zavallı insanlardır. Onların göz yaşlarında olmaq istədikləri, amma ola bilmədikləri içlərindəki gizli insanların da acısı, ağrısı var.”

# 3414 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #