Jerar Depardye: “Müharibəni dayandırın”

Jerar Depardye, fransız aktyor

Jerar Depardye, fransız aktyor

2 mart 2022
# 14:20

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, o, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın" - deyə, Jerar bildirib.

Xatırladaq ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.

# 1686 dəfə oxunub

Müəllifin son yazıları

# # #