Jerar Depardye daha bir təcavüzdə ittiham olunur

Jerar Depardye daha bir təcavüzdə ittiham olunur
3 sentyabr 2025
# 10:30

Məşhur fransız aktyoru Jerar Depardye daha bir təcavüzdə ittiham olunur.

Kulis.az xəbər verir ki, zərərçəkmiş aktrisa Şarlotta Arnu 2018-ci ilin avqust ayında Parisdə Depardyeyə məxsus evdə iki dəfə cinsi zorakılığa məruz qaldığını bildirib.

“Bu hadisəni qəbul etmək mənim üçün çətindir, bu çox böyük hadisədir. İndi özümü yüngülləşmiş hiss edirəm” deyə, Arnu bildirib.

Qeyd edək ki, 2024-cü ilin may ayında məhkəmə Jerar Depardyeni iki qadına qarşı seksual zorakılıq ittihamı üzrə təqsirli bilmişdi. Zərərçəkmişlər – 54 yaşlı dekorator Ameli və 34 yaşlı rejissor assistenti Sara – 2021-ci ildə “Yaşıl pəncərələr” filminin çəkilişləri zamanı aktyorun onlara qarşı kobud ifadələr işlədərək, intim nahiyələrinə toxunduğunu bildiriblər.

# 204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər