Fərid Hüseynin kitablarının təqdimatı keçirildi- FOTOLENT

Fərid Hüseynin kitablarının təqdimatı keçirildi- FOTOLENT
17 aprel 2013
# 15:31

Bu gün, aprel ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şair-yazar Fərid Hüseynin “Qandalı görməsin” və “Dözmək üçün məşq” kitablarının təqdimat mərasimi keçirilib.

Kulis.Azın məlumatına görə tədbirdə şair Səlim Babullaoğlu, Qulu Ağsəs, Qismət, yazıçı Məmməd Oruc, Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, tənqidçi Elnarə Akimova və başqa qonaqlar iştirak ediblər.

Səlim Babullaoğlu çıxış edərək Fərid Hüseynin yaradıcılığından və ötən il İranda həbs olunmasından, onun həbsxana xatirələrindən ərsəyə gələnə “Qandalı görməsin” kitabından danışıb.

Daha sonra Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qismət, Elnarə Akimova və başqa qonaqlar çıxış edərək şairin yaradıcılığından və şəxsi keyfiyyətlərindən danışıblar.

Xatırladaq ki, Fərid Hüseynin “Dözmək üçün məşq” adlı kitabında onun qələmə aldığı şeirlər və esselər yer alıb. “Qandalı görməsin” kitabında isə ötən ilin aprel – sentyabr aylarında İranda həbsdə olmuş şairin həbsxana qeydləri yer alıb.

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #