Jan-Klod Van Damm Afrika ölkəsinin diplomatı oldu

Jan-Klod Van Damm, amerikalı aktyor

Jan-Klod Van Damm, amerikalı aktyor

7 aprel 2022
# 10:30

Aktyor Jan-Klod Van Damm Konqo Demokratik Respublikasından diplomatik pasport alıb.

Kulis.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Belçika əsilli amerikalı aktyor Jan-Klod Van Dammın əsas işi səfir kimi onun vəzifəsi ətraf mühitə və vəhşi təbiətə dəstək olmaq, həmçinin xarici sərmayələri, xüsusən də, ölkənin kənd təsərrüfatına cəlb edilməsini təşviq etmək olacaq.

“Mən başa düşdüm ki, ölkəyə ilk növbədə sabitlik lazımdır. Hələlik siyasi təfərrüatlara varmayacağam. Artıq prezidentdən və onu müşayiət edənlərdən çoxlu məlumatlar almışam” - deyə Jan-Klod Van Damm bildirib.

# 1526 dəfə oxunub

Müəllifin son yazıları

# # #