IX Muğam Televiziya Müsabiqəsinin seçim mərhələsi başlayıb

IX Muğam Televiziya Müsabiqəsinin seçim mərhələsi başlayıb
9 aprel 2025
# 15:59

IX Muğam Televiziya Müsabiqəsinin ilkin seçim mərhələsi keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə layihənin icraçı direktoru İlqar Fəhmi məlumat verib.

O bildirib ki, seçim mərhələsinin ilk turunda şimal bölgəsindən olan namizədlərin çıxışları Sumqayıtda dinlənilib.

İcraçı direktor qeyd edib ki, ikinci mərhələ aprelin 13-də Şamaxıda keçiriləcək: “Bu mərhələdə Mərkəzi Aran rayonlarından olan namizədlərin çıxışları olacaq. Son olaraq Ağcabədidə Qarabağ bölgəsindən olan namizədlərin çıxışları dinləniləcək”.

Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.

APA


# 311 dəfə oxunub

Müəllifin son yazıları

# # #