Dünya şöhrətli bəstəkar vəfat etdi

Dünya şöhrətli bəstəkar vəfat etdi
6 iyul 2020
# 11:07

Dünya şöhrətli italiyan bəstəkar Ennio Morrikone vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bəstəkar 92 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, o, kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olmuşdur.

# 1975 dəfə oxunub

Müəllifin son yazıları

# # #