İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi

İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi
6 sentyabr 2025
# 14:00

İtaliyanın Kassine şəhərində Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib.

Kulis.az xəbər verir ki, Tədbir “Sən1Sən” Beyin Mərkəzi tərəfindən XVII əsrə aid “Palazzo Mandrilli”də təşkil edilib.

Mədəniyyət həftəsi ərzində bir sıra sərgilər baş tutub: Xalq rəssamı Arif Hüseynovun “Qırmızı rəngin əfsanələri” adlı fərdi rəsm sərgisi; IAAP-Titan dərəcəli fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisi; Azərbaycanlı rəssamların “Milli ruh” adlı müasir incəsənət sərgisi; “Fəsillərdə Azərbaycan” – Azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi; “Balaca sehr” – Azərbaycan və İtaliya uşaqlarının rəsm sərgisi.

Ümumilikdə 5 gün ərzində 200-dək rəsm əsəri və fotolar nümayiş etdirilib.

Qeyd edək ki, mədəniyyət həftəsi çərçivəsində keçirilən hər bir sərgi İtaliya və Azərbaycan mətbuatında, həmçinin sosial mediada geniş işıqlandırılıb.

# 215 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər