“Azərbaycan xalq sənətkarlığı” adlı kitab sərgisi açılıb

“Azərbaycan xalq sənətkarlığı” adlı kitab sərgisi açılıb
4 iyul 2019
# 17:42

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş birinci Respublika Sənətkarlıq Festivalının açılış mərasimindən əvvəl qonaqlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan xalq sənətkarlığı” adlı kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edib. O, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.

Sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan dilində və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş etdirilib. /azertag.az/

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #