İstanbulda azərbaycanlı rəssamın sərgisi açıldı

İstanbulda azərbaycanlı rəssamın sərgisi açıldı
12 oktyabr 2022
# 11:00

İstanbulda Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin fərdi rəsm sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgi İstanbul Böyükşəhər Bələdiyyəsinin 2022-2023-cü Mədəniyyət-Sənət mövsümünün açılışı çərçivəsində reallaşıb.

“Yeditepe İstanbul” mövzulu sərgi İstanbulun Cemal Reşit Rey konsert salonunda təşkil edilib.

İstanbulun bənzərsiz təbiəti, zəngin tarixi və hər dövrə aid sosial həyatı Rafiq Əzizin tablolarında ən gözəl şəkildə əks olunub.

Sərgidə nümayiş etdirilən yağlı boya ilə işlənmiş 42 əsərdən 33-ü İstanbul, 9-u isə türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkə həsr olunub.

Sərgi bir ay davam edəcək.

Qeyd edək ki, “Yeditepe İstanbul” mövsümün açılışı münasibətilə keçirilən ilk rəsm sərgisidir.

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #