Cem Yılmazı kim və niyə rədd etdi?

Cem Yılmazı kim və niyə rədd etdi?
1 may 2018
# 12:48

Xəbər verdiyimiz kimi, məşhur “Tosun paşa” filminin rejissoru Ertem Egilmezin oğlu Ferdi Egilmez eyni adlı filmi yenidən çəkmək fikrinə düşüb.

Filmin yeni çəkilişləri ilə bağlı xəbər yayılar-yayılmaz türk mediasında maraqlı faktlar üzə çıxıb.

ntv.com saytının yazdığına görə, bundan xeyli əvvəl məşhur komediyaçı Cem Yılmaz və “Rəcəb İvedik” filminin müəllifi və baş rol ifaçısı Şahin Gökbakar “Tosun paşa”nı çəkmək üçün Ferdi Egilmeze müraciət ediblər.

F.Egilmez hər iki sənətçini mədəni şəkildə rədd edib.

Özü bu adda yeni film çəkmək istəyərkən, bu hərəkətinin səbəbi məlum olub.

# 917 dəfə oxunub

Müəllifin son yazıları

# # #