İsrail "Avroviziya"dan çıxarılır? - Qərar

İsrail "Avroviziya"dan çıxarılır? - Qərar
8 fevral 2024
# 12:30

İsrail "Avroviziya 2024" mahnı müsabiqəsində ölkəni təmsil edəcək iştirakçının adını açıqlayıb.

Kulis.az xəbər verir ki, ölkəni 20 yaşlı müğənni Eden Qolan təmsil edəcək. Onun ifa edəcəyi mahnı hələ açıqlanmayıb.

Çoxsaylı etiraz aksiyalarına baxmayaraq, İsrail "Avroviziya"dan çıxarılmayıb.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

# 436 dəfə oxunub

Müəllifin son yazıları

# # #