İşiquronun "Klara və Günəş" romanı filmə çevrilir

İşiquronun "Klara və Günəş" romanı filmə çevrilir
2 may 2023
# 13:00

Rejissor Taika Waititi Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazuo İşiquronun "Klara və Günəş" romanı əsasında film çəkəcək.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Məlumatda layihənin artıq reallaşmaq üzrə olduğu qeyd olunub. Filmin ssenarisini Davi Uoller yazacaq.

İşiquronun romanı yeniyetmələrin özlərini tək hiss etməməsi üçün nəzərdə tutulmuş robot qız Klara haqqındadır. Hekayə Klaranın birlikdə yaşadığı insanların ailəsini necə xilas etməyə çalışmasından bəhs edir.

Baş rol üçün təxminən 20 yaşlı aktrisa nəzərdə tutulub.

2021-ci ilin martında nəşr olunan “Klara və Günəş” romanı New York Times-ın cildli bestsellerlər siyahısında 3-cü yerdə və Indie Bestsellers-də cildli bestsellerlər siyahısında 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, İşiquro özü də romanının film uyğunlaşdırılmasında iştirak edəcək və rol alacaq.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #