İsfar Sarabski Brüsseldə konsert verib

İsfar Sarabski, Əməkdar artist, musiqiçi

İsfar Sarabski, Əməkdar artist, musiqiçi

30 oktyabr 2021
# 17:00

Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.

İzləyicilərin alqışları ilə müşayiət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.

Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

# 1836 dəfə oxunub

Müəllifin son yazıları

# # #