Məşhur rejissordan müsəlman gənclərə karandaş çağırışı

Məşhur rejissordan müsəlman gənclərə karandaş çağırışı
13 yanvar 2015
# 17:00

Məşhur rejissordan müsəlman gənclərə karandaş çağırışı

Məşhur fransız rejissoru, “Nikita”, “Leon” filmlərinin müəllifi Lyuk Besson Parisdəki son hadisələrlə bağlı müsəlman gənclərini silah və zorakılıqdan imtina etməyə, əvəzində əllərinə qələm götürməyə çağırıb.

Kulis.az-ın Fransanın “Le Monde” qəzetinə istinadən verdiyi məlumata görə rejissor bunları deyib: “Mənim qardaşım, əgər bilsən ki, sən və sənin gözəl dininin ləkələnməsi, təhqir olunması məni necə də ağrıdır. Sənin gücün, enerjin, yumorun, qəlbin, qardaşlığın unudulub. Bu, ədalətsizlikdir, və biz birgə bu ədalətsizliyə son qoymalıyıq. Kalaşnikov avtomatı 350 avrodur, karandaş isə vur tut üç. Belə bir cavabın gücü isə daha ciddi olacaq”.

Kulis.az

# 968 dəfə oxunub

Müəllifin son yazıları

# # #