İran filmi beynəlxalq festivalda nümayiş olunacaq

İran filmi beynəlxalq festivalda nümayiş olunacaq
1 fevral 2022
# 18:40

Rejissor Vəzir Dəftəri tərəfindən səhnələşdirilmiş "Yuxusuz" filminin beynəlxalq nümayiş hüququ Almaniyanın "Picture Tree International" şirkəti tərəfindən alınıb.

Kulis.az xəbər verir ki, ekran əsəri İranın “Fəcr” Beynəlxalq Film Festivalında ilk dəfə bu il nümayiş olunacaq.

Şirkət filmlə bağlı verdiyi açıqlamada bildirib ki, filmin mövzusu rejissor Alfred Hitchcock, Polanski və Di Palmanın əsərlərinə bənzəyir və Vəzir Dəftəri filmdə İran kinosunun sosial realizm ənənəsini davam etdirir.

Qeyd edək ki, Alman şirkəti tərəfindən qarşıdan gələn Avropa Film Bazarında "Yuxusuz" filminin təqdim ediləcəyi gözlənilir.

# 1240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #