Türkiyənin məşhur estrada müğənnisi Murad Boz Xocalı soyqırımı ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.
Kulis.az xəbər verir ki, Murad Boz paylaşımında xalqımızla həmrəyliyini həssas sözlərlə ifadə edib.
“26 fevral 1992-ci ildə 613 can itirdik. Xocalı qətliamı üzərindən 28 il keçdi. Ancaq unutmadıq, unutmayacağıq. Nur içində yatın.”