İnsult keçirən Kadir İnanırın son vəziyyəti

İnsult keçirən Kadir İnanırın son vəziyyəti
29 mart 2024
# 17:30

Xəstəxanaya yerləşdirilən aktyor Kadir İnanırın səhhəti ilə bağlı yeni açıqlama yayılıb.

Kulis.az xəbər verir ki, xəstəxana açıqlamasında onun durumunun yaxşı olduğunu bildirib.

Həkim "Kadir bəy bu gün daha yaxşıdır. Daha əvvəl də izah etdiyimiz kimi o, ekstubasiya olunub, şüuru yerindədir və daha aydın danışa bilir. Digər xəstəliklərini nəzarət altında saxlayırıq. Müalicələrə müsbət cavab verilir. Oturub dura bilir. Fizioterapiya prosesi davam edir. Onun müalicəsi reanimasiya şöbəsində davam edir, amma yaxın günlərdə onu reanimasiyadan çıxartmağı planlaşdırırıq" deyə, bildirib.

Qeyd edək ki, Kadir İnanır bazar günü pisləşib və xəstəxanaya yerləşdirilib. İnsult keçirən Kadir İnanırın sağ tərəfinin iflic olduğu müəyyən edilib. Tıxanmış beyin damarı uğurlu əməliyyatla açıldıqdan sonra reanimasiyaya alınan Kadir İnanır müalicə alır.

# 651 dəfə oxunub

Müəllifin son yazıları

# # #