“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Bakının açarı” filmi nümayiş olunur.
Kulis.az xəbər verir ki, macəra və detektiv janrında çəkilən filmin rejissoru Zaur Tahirsoydur.
Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da, yeraltı şəhərin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O, açarı ələ keçirmək üçün plan qurur.
Rolları Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli və başqaları canlandırıb.