“İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb

“İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb
28 noyabr 2023
# 14:45

İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizdə ilk dəfə keçirilən "Mədəniyyət və yaradıcı sənayelər forumu"nda çıxışı zamanı deyib.

"Məlumat üçün qeyd edim ki, hal-hazırda sözügedən qanun layihəsi dövlət orqanlarında razılaşdırma mərhələsindədir", - nazir müavini əlavə edib.

# 476 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #