Aktyor Qurban İsmayılov “Humay” mükafatı ilə təltif olunub

Aktyor Qurban İsmayılov “Humay” mükafatı ilə təltif olunub
2 iyun 2014
# 15:35

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının təqdimat mərasimi keçirilmişdir. Teatr nominasiyası üzrə mükafat Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist, Prezident mükafatçısı Qurban İsmayılova təqdim edilmişdir. Bu barədə kulis.az-a teatrdan məlumat veriblər. Istedadlı aktyor sözügedən mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı Kor ata obrazına görə layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.

# 1966 dəfə oxunub

Müəllifin son yazıları

# # #