İlon Maskın qızı atasını ittiham etdi

İlon Maskın qızı atasını ittiham etdi
8 avqust 2024
# 15:30

İlon Maskın transgender qızı atasını ittiham edib: "Sən yaxşı ata deyilsən!"

Kulis.az xəbər verir ki, İlon Maskın cinsiyyət dəyişdirən qızı Vivian Cenna Uilson haqqında açıqlama verməsi, qızını əsəbiləşdirib.

Vivian Cenna atasının soyadından imtina edərək, anasının soyadı olan "Uilson" soyadını götürüb. Atası haqqında paylaşım edən Cenna: "Sən yaxşı ata deyilsən, öz uşaqların haqqında yalan danışmaqdan əl çəkmirsən", - deyə yazıb.

"Özündən şəfqətli ata obrazı yaratmağa çalışırsan, sənə yazığım gəlir. Nə planeti xilas edirsən, nə iqlim dəyişikliyi vecinə deyil. Amma adamlar hələ də sənə inanır - buna təəccüblənirəm".

# 414 dəfə oxunub

Müəllifin son yazıları

# # #