Afaq Məsud: “Ölüm ocağı” - Ən qısa hekayə

Afaq Məsud: “Ölüm ocağı” - Ən qısa hekayə
31 iyul 2017
# 21:00

Kulis.az Afaq Məsudun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ölüm ocağı” (459 işarə) hekayəsini təqdim edir. Afaq Məsud bu hekayəni müsabiqəyə dəstək vermək məqsədi ilə redaksiyaya yollayıb. Hekayə müsabiqədənkənar çap edilir.

Ata ocağımın sonuncu yadigarı, böyük qardaşım İlyasın vəfatından sonra, ata evimin ailəsini bütünlüklə əlimdən almış Ölümün, mən tərəfə yön aldığını, ilıq meh axıntısıyla başıma dolanıb, arada bir, səbrlə nəfəs dərdiyini hiss edir, gecələr, səhəri gün görüşəcəyimizə nagüman ümidsizliklə hamını tərk edir, yataq otağıma aparan pillələrə çatdıqda, həyət boyu sıralanan küknarların, Göy üzünün və ulduzların, mənim bu halımdan pərvazlanıb vəcdə gəldiyini, bunun, mənə öz Ata qucağını açan, məhrəm Ölüm olduğunu duyuram...

12.26.2013

# 3692 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #